Lalədən keçmiş ərinin ittihamlarına reaksiya


Şou-biznes 04 Apr 2019 09:24:00 216 0

Lalədən keçmiş ərinin ittihamlarına reaksiya

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

Son.az axşam.az-a istinadən bildirir ki, əməkdaşımız müğənni ilə əlaqə saxlayaraq, məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.

Hazırda Amerikada olduğunu söyləyən Məmmədova danışmaq istəməyib. O, keçmiş ərinin ittihamlarına "Bu haqda danışmaq istəmirəm" sözləri ilə reaksiya verib.

Qeyd edək ki, İ.Qafarov media.az-a gərgin vəziyyətdə olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.

"Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim" deyə, İlham bildirib.

O iddia edib ki, Məmmədova ondan polisə şikayət edib:

"O, 2015-ci ildə polisə şikayət verib dedi ki, guya onu öldürmək istəmişəm. Lakin mən sübut etdim ki, bu, əsassız ittihamdır. Məni sərbəst buraxdılar. İmkansızlıq olduğundan üç min manat borc yığılmışdı. Ödəyə bilmədiyim üçün bunun əvəzində isə mənim avtomobilimi müsadirə etdilər. 57 yaşındayam, daimi işim yoxdur. Tərcüməçiliklə məşğulam. Rusiyadan gələn turistləri müşayiət edirəm. Bu iş isə həmişə olmur.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb: