"Azərişıq" cənub bölgəsində yenidənqurma işlərini davam etdirir FOTO


Digərləri 04 Apr 2019 08:58:00 258 0

"Azərişıq" cənub bölgəsində yenidənqurma işlərini davam etdirir  FOTO

"Azərişıq" ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir.

ASC-dən Son.az-a verilən məlumata görə, Cənub Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

İstehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi üçün 2019-cu ilin birinci rübündə genişmiqyaslı işlər görülüb və hazırda görülməkdədir.

Belə ki, 2019-cu ilin birinci rübündə Masallı rayonunun ərazisində 35/10 kV-luq "Alvadı" yarımstansiyası tam yenidən qurularaq istismara verilib. Eyni zamanda Alvadlı kəndində 35 kv-luq yüksək gərginlikli, 10 kV-luq orta gərginlikli hava xətləri yenidən qurulub.

Təzə Alvadı, Ləngan, Təklə, Xoşçobanlı, Mollahəsənli, Sığıncaq kəndlərinin 0.4 kV hava xətləri özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəzlənib, ərazilərə yeni komplekt transformator məntəqələri (KTM) qurlaşdırılıb. 35/10 kV-luq "Qarğalıq" yarımstansiyasından qidalanan 10 kV-luq Həsənli və Xırmandalı kənd hava xətləri yenidən qurulub,

Boradigah qəsəbəsində 0,4 kV-luq hava xətti ÖİN kabellərlə əvəzlənib.

Lənkəran Elektrik Şəbəkəsində yeni inşa olunmuş 35 kV-luq "Səpnəkəran" yarımstansiyadan çıxan və Yuxarı Nüvədi, Mis kəndləri istiqamətində gedən 4 ədəd 10 kV-luq hava xətləri tam yenilənib, rayonun Yuxarı Nüvədi, Səpnəkəran, Şürük, Tütəbeştə, Moğonojba, Türkəkəran, Şıxəkəran, Xolmili, Seydəkəran, Kənarmeşə, Viyən, Aşağı Nüvədi kənd və qəsəbələrin 0.4 kV-luq hava xətləri ÖİN kabellərlə əvəzlənib, kəndlərdə yeni KTM-lər qurlaşdırılıb.


Xəbərə aid fotolar