Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib


Digərləri 04 Apr 2019 09:13:00 195 0

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.

DİM-dən Son.az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən - onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.

İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.