Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib


Digərləri 04 Apr 2019 09:02:00 190 0

Cocuq Mərcanlı şagirdləri üçün ödənişsiz sınaq imtahanları keçirilib

Cocuq Mərcanlı kənd tam orta məktəbinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib

Bakı. 2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib. DİM-dən Trend-ə verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib. İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.