Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin edilib


Dünya 04 Apr 2019 08:43:00 194 0

Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi təyin edilib

"Fox News" telekanalının eksperti Morqan Ortaqus ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilən dövlət katibi Mayk Pompeonun yaydığı bəyanatda deyilir.

M.Pompeo deyib: "Dövlət Departamentinin yeni rəsmi nümayəndəsi qismində Morqan Ortaqusu salamlamağa şadam. Morqan əvvəlki dövlət qulluğunda qazandığı böyük təcrübə və biliyi gətirəcək. Bütün karyerasını o, maliyyə xidmətləri, konsaltinq və diplomatiya sahəsində işləyib. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin zabitidir".