Pens ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib


Dünya 04 Apr 2019 08:33:00 296 0

Pens ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

M.Pens deyib: "Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək".

Vitse-prezident əlavə edib ki, Rusiya razılaşmanın şərtlərini pozan raketi məhv etmək istəmir: "bizim razılaşmadan çıxmamız barədə 6 ay əvvəldən yazılı şəkildə xəbərdarlıq etməkdən başqa yolumuz yox idi".