Azərbaycan Çikaqoda keçirilən İpək Yolu Konfransının mərkəzində FOTO


Siyasət 04 Apr 2019 08:23:00 224 0

Azərbaycan Çikaqoda keçirilən İpək Yolu Konfransının mərkəzində  FOTO

ABŞ-ın Çikaqo şəhərinin tanınmış məkanlarından biri olan İllinoys Texnologiya Universitetində Mərkəzi Asiya Məhsuldarlıq Tədqiqatları Mərkəzinin (CARPC) təşkilatçılığı və İllinoys Ticarət Palatasının dəstəyi ilə ənənəvi 15-ci İpək Yolu Konfransı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, səfirliyinin də iştirak etdiyi tədbirdə Qazaxıstan, Türkiyə, Pakistan, Çin və İndoneziyanın ABŞ-dakı diplomatları, Çikaqo şəhərinin işgüzar və akademik dairələrinin nümayəndələri və tədqiqatçılar, region ölkələrini təmsil edən ticarət birliklərinin təmsilçiləri iştirak edib. Tədbiri giriş sözü ilə açan CARPC-nin sədri Professor Harri Lepinske İpək Yolu Konfransı ideyasının 19 il əvvəl Azərbaycanın gözəl guşəsi olan Naxçıvanda səfərdə olarkən ağlına gəldiyini və konfransın məqsədinin tarixi İpək Yolu üzərində yerləşən ölkələr barədə bilgilərin artırılması, sözügedən ölkələrin iqtisadi inkişafı və regional təşəbbüslər, həmçinin ticarət-investisiya imkanları barədə ABŞ ictimaiyyətinin və işgüzar dairələrin məlumatlandırılması olub.

Tədbirdə geniş təqdimat ilə çıxış edən Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Orxan Zeynalov ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühitindən danışıb. ABŞ şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq və yatırımlar üçün gözəl imkanlar olduğunu qeyd edib.

Konfransda təşkil edilən ziyafətdə musiqiçilər tərəfindən Azərbaycan mahnıları ifa edilib.


Xəbərə aid fotolar