Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiya yaradılıb


Digərləri 04 Apr 2019 08:28:00 171 0

Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiya yaradılıb

Nazirlər Kabineti "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" qərar qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın katibi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri olacaqlar.