Google şirkəti Pixel 2 və Pixel 2 XL smartfonlarının satışlarını dayandırıb


Digərləri 04 Apr 2019 08:05:00 210 0

Google şirkəti Pixel 2 və Pixel 2 XL smartfonlarının satışlarını dayandırıb

Google şirkətinin Google Store online mağazasında birdən birə Pixel 2 və Pixel 2 XL smartfon modelləri yoxa çıxıb. Yəni sözügedən onlina mağazada bu smartfonların satışları dayandırılıb. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Pixel 2 və Pixel 2 XL smartfon modelləri 2017-ci ildə satışa çıxmışdılar. Keçən il isə Pixel 3 ilə Pixel 3 XL modelləri satışa çıxmışdılar.

Son.az technote.az-a istinadən bildirir ki, ikinci nəsil Pixel smartfonları online mağazadan yığışdırılıb, üçüncü nəsil Pixel modellərinin isə qiymətləri bir qədər aşağı endirilib. Dördüncü nəsil Pixel smartfonlarının təqdimatına hələ yarım il vaxt var. Buna görə də ikinci nəsil Pixel smartfonlarının satışlarının dayandırılması çox güman ki, şirkətin Pixel 3a ilə Pixel 3a XL büdcəli smartfon modellərinin təqdimatına hazırlaşması ilə əlaqəlidir.