İranda daşqınlar nəticəsində ölənlərin sayı 62yə çatıb


Dünya 04 Apr 2019 08:08:00 191 0

İranda daşqınlar nəticəsində ölənlərin sayı 62yə çatıb

İranda güclü yağışlar nəticəsində başlayan daşqınlarda ölənlərin sayı 62 nəfər çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Məhkəmə Tibbi Təşkilatının nümayəndəsi Mehrdad Əli Bəxşi bildirib. Daha əvvəl 57 nəfərin öldüyü, 478 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Ə.Bəxşi deyib: "İndiyədək məhkəmə tibbi mərkəzlərinə daşqınlar nəticəsində həlak olan 62 nəfərin cəsədi gətirilib".