Surface Book 2nin yeni versiyası təqdim olundu


Digərləri 04 Apr 2019 07:51:00 199 0

Surface Book 2nin yeni versiyası təqdim olundu

"Microsoft" şirkəti "Surface Book 2" noutbukunun yeni versiyasını təqdim edib. Şirkət "Surface Book" planşetinin 13 düymlük versiyasını daha yeni və məhsuldar 8-ci nəsil "Intel Core 2" prosessoru ilə təchiz edib.   Son.az ICTnews-a istinadən bildirir ki, noutbuk standart konfiqurasiyada 4 nüvəli "Intel Core i5-8350U" prosessoru ilə təchiz edilib və prosessorun takt tezliyi 3,6 QHs-dək arta bilər. Qurğunun başqa texniki xüsusiyyətləri cüzi dəyişib. Əvvəllər olduğu kimi cihaz 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.   "Microsoft Surface Book 2" noutbukunun qiyməti 1499 dollar təşkil edir.