Şabran məktəbliləri də yeni trendə qoşuldular


Digərləri 04 Apr 2019 07:55:00 226 0

Şabran məktəbliləri də yeni trendə qoşuldular

Təbiəti qorumaq və onun çirkləndirilməsinə qarşı mübarizə aparmaq hər bir insanın mənəvi borcudur. İnsanı təbiət yaradıb və öz təbii sərvətlərini səxavətlə onun istifadəsinə verib.

Son.az oxu.az-a istinadən bildirir ki, dünyada yayılan məşhur təmizlik həştəqi olan #Trashtag trendinə  Göyçay şəhərindən sonra, Şabran şəhərinin sakinləri də qoşulublar. Rayonun Ağbaş kəndinin müəlliməsi və 11-ci sinif şagirdləri aksiyada iştirak ediblər. Bunun üçün onlar dağlıq ərazilərə üz tutublar. Onlar öncə tullantılar atılan bir ərazini seçib, məkanın görüntüsünü çəkiblər. Təmizlik işləri bitdikdən sonra yenidən şəkillər paylaşaraq işlərinin nəticəsini göstəriblər.

Aksiya təşəbbüskarı Şamilova Gülayənin sözlərinə görə, təmizlik  aksiyasının təşkilində məqsəd  insanların bilərəkdən və ya bilməyərəkdən təbiəti çirkləndirməsinin qarşısını almaq, maarifləndirməkdir.