Google daha bir xidmətinin işini dayandırıb


Digərləri 04 Apr 2019 07:41:00 214 0

Google daha bir xidmətinin işini dayandırıb

"Google" korporasiyası "URL Shortener" xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi.   Son.az ICTnews-a istinadən bildirir ki, "Google URL Shortener" xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.   Bu, "Google"un ilk bağlanmış layihəsi deyil. 2019-cu il aprelin 2-də "Google+" sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq.