ABŞ vitse-prezidenti ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib


Digərləri 04 Apr 2019 06:19:00 187 0

ABŞ vitse-prezidenti ölkəsinin Rusiya ilə dialoqa hazır olduğunu bildirib

Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır

Bakı. Vaşinqton əvvəlki kimi Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın taleyi haqqında dialoqa hazırdır. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. M.Pens deyib: "Amerika Rusiya ilə dialoq üçün açıqdır və ümid edir ki, onlar orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmaya tam riayət olunmasına yol tapa biləcək".