Autizm gününə həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 04 Apr 2019 03:03:35 274 0

Autizm gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayonu 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində 2 aprel Autizm barədə Maarifləndirmə gününə həsr olunmuş tədbir keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, belə tədbirlərin keçirilməsində məqsəd autizmdən əziyyət çəkən uşaqlara, onların valideynlərinə dəstək olmaq, aktual problemlərinin öyrənilməsi və müvafiq yardımın göstərilməsi, onların cəmiyyətə inteqrasiyasına yardım etmək və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.