Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz.


Digərləri 04 Apr 2019 00:01:00 306 0

Günün qoroskopu: Gəlir əldə edə bilərsiniz.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirhoros

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - işdəki gələcəyinizi necə gördüyünüzü düşünün. Heç bir perspektivi olmayan məsələlərdən imtina edin, puç xülyaları unudun.

Yaxşı pul əvəzinə vəd verilən yerdə qalmağınız zəifliyiniz, fatumla barışmağınızdır.

Yaxın ətrafınızdakı insanlar və ailə üzvləriniz qərarınızı pisləyə bilər.

Eyb etməz, sadəcə, intuisiyanızın dediyinə qulaq verin.

Bu gün tanış olacağınız insanlar sizi anlamırlar. Onlarla ünsiyyətdə həssas və sayıq olun.

Münasibətlərin rəvan, harmonik olmasına çalışın.

Buğa - son vaxtlar əldə etdiyiniz bilik və bacarıq bu gün karınıza gələcək. Təcrübədən yararlanmaqdan çəkinməyin.

İşdə eksperimentlər, çoxdan bəri sizi narahat edən problemin həllinin yeni variant və metodlarının axtarışı üçün əlverişli zamandır.

İşgüzar məsələləri müzakirə edin. Diskussiyalar konstruktiv olacaq.

Əks cins mənsubu sizinlə maraqlanacaq.

Lakin romantikaya qapılmayın. Həmin şəxsin sizin üçün nə dərəcədə maraqlı olduğunu düşünün. Usandırıcı ünsiyyətindən sonradan qurtulmağın çox çətin olacağı insanla təmas riski var.

Əkizlər - söhbətlər, xüsusilə də maraqlı olmayan müzakirələr xeyli vaxt alır. Belə söhbətlərdən yayının. Amma sərt olmayın, çünki söhbətə qatılanlar işiniz asılı olduğu adamlardan biridir.

Rəhbərliklə dil tapın, acıdil olmayın.

Yaradıcılıq potensialı yüksəkdir. İdeyalar da pis deyil, amma onların arasında nisbətən real olanı seçin.

Yaşamınızda köklü dəyişikliklər etməyin vaxtı çatmayıbmı?

Xərçəng - eksperimentlər üçün əla gündür. Anı hiss edin, qərar qəbulu və ya əhəmiyyətli addım üçün uğurlu vaxtı müəyyənləşdirməyə çalışın.

Yaxın ətrafınızdakı insanlar sizi təəccüblə izləyəcəklər. Onlar düşünürlər ki, yanlış qərar veribsiniz və uğursuzluğa düçar olacaqsınız. Fəqət, seçdiyiniz taktika səhihdir.

Günün ikinci yarısı dəvət aldığınız yerə yollanmaq, dostlarla görüş, relaks üçün yaxşıdır. Yeni tanışlıqlar və ya tanışlarla əlaqələrin möhkəmləndirilməsi istisna deyil.

Şir - çalışdığınız insanları dürüst qiymətləndirin. İfrat inam və etibar kimi, sizə yardım etmək istəyən şəxsə şübhə ilə yanaşmaq yersizdir. İş və ya şəxsi həyatla bağlı mühüm məsələlərin müzakirəsi üçün əlvreişli gün deyil. Münaqişə riski böyükdür.

Yaşam tonusunun səviyyəsi yüksəkdir. Enerjili, aktiv, qətiyyətli olun. Ev işlərini həll etmək, ya da yeni işə başlamaq olar.

Axşam saatlarını təmiz havada keçirin.

Qız - malliyyə itkiləri, uğursuz alış-veriş zamanıdır. Ciddi və genişmiqyaslı işə başlamaq istəyirsinizsə, yardımçı olacaq insanı müəyyənləşdirin.

Gərəksiz, perspektivsiz, puç xəyallara, mənasız vədlərə aldanmayın.

Uzunmüddətli kursa yazılmayın, tam bəlli olmayan sifarişi qəbul etməyin.

Səfər və ya səyahət üçün əla gündür. Şərait və mühit dəyişikliyi əhvalınızı yaxşılaşdıracaq. Maraqlı tanışlıqlar istisna deyil.

Uşaqlar və azyaşlı qohumlarla ünsiyyətdə gülərüz, həssas olun.

Tərəzi - pullarınızı ağılla, məntiqlə xərcləyin. Alış-verişdə hərisliyə və ya emosionallığa qapılmayın. Maliyyə durumunuz qəflətən yaxşılaşa bilər.