Medikamentoz mədə xorası Hansı dərmanlar mədədə yara açır?


Digərləri 03 Apr 2019 23:46:00 236 0

Medikamentoz mədə xorası  Hansı dərmanlar mədədə yara açır?

Medikamentoz mədə xorası - bu, tez-tez rast gəlinən problemlərdən biridir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu xəstəlik dərman preparatlarının təsiri nəticəsində mədənin selikli qişasının zədələnməsi ilə müşahidə edilir. Bu cür patoloji proses dərman maddələrinin uzun müddətli qəbulundan sonra müşahidə edilə bilər. Buna görə də, ilkin əlamətləri müşahidə edən kimi yaxşı olardı ki, həkimə müraciət edəsiniz. Çox vaxt medikamentoz mədə xorası zamanı qanaxma yaransa belə, bu simptomsuz inkişaf edir. 

Qanaxmadan əlavə, mədə divarının perforasiyası da meydana gələ bilər ki, bu da xəstənin sağlamlığı üçün çox təhlükəlidir. Çox zaman bu xəstəlik iltihabla müşayiət olunur. Medikamentoz mədə xorası tibbdə ciddi problemlərdən biridir. Bunun səbəbi isə bir çoxları tərəfindən xəstəliklər zamanı həkim təyinatı olmadan qeyri-steroid tərkibli dərmanları qəbul etmələridir. 

Qeyd edək ki, bu cür problemlərlə tamamilə sağlam insanlar da qarşılaşa bilərlər.