Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...


Kriminal 03 Apr 2019 23:07:00 192 0

Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 10-na təyin edilib.

İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirərək qətlə yetirib. Qətli törədən şəxs dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə gələrək cinayəti etiraf edib.