Beynəlxalq Uşaq Kitabı günündə “Qar kraliçası” təqdim olunub


Digərləri 03 Apr 2019 23:11:14 209 0

Beynəlxalq Uşaq Kitabı günündə “Qar kraliçası” təqdim olunub

H.K.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanmış tamaşa uşaqlara təqdim olunub.

Bakı. 2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində məşhur nağılçı H.K.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanmış tamaşa uşaqlara təqdim olunub. Teatrdan Trend-ə verilən məlumata görə, rejissor Elşad Rəhimzadə tərəfindən hazırlanan tamaşa sədaqəti, dostluğu təbliğ edir. Tamaşadan əvvəl teatrın foyesində uşaqların rəsmlərindən və uşaq yazıçılarının kitablarından ibarət sərgi nümayiş olunub. Daha sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova balacaları salamlayıb, onlara kitab oxumağın faydasından danışıb: