Bu məhsul qaraciyəri spirtli içkilərdən də qoruyur


Digərləri 03 Apr 2019 22:38:00 240 0

Bu məhsul qaraciyəri spirtli içkilərdən də qoruyur

Hamı bilir ki, spirtli içkilər qaraciyər üçün ziyanlıdır.

Spirtli içkilərin tərkibində olan etanol məhz qaraciyərdə parçalanır və hepatositlərin (qaraciyərin hüceyrələri) zədələnməsinə səbəb olur.

Bəzən spirtli içkilərin "ziyansız" dozasından danışılır. Nəzərə almaq lazımdır ki, qaraciyər üçün belə "ziyansız" doza yoxdur və spirtli içkinin hətta 1 damlası qaraciyərin sağlamlığına mənfi təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Dehli Universitetinin (Hindistan) alimləri  araşdırmalar zamanı sübut ediblər ki, yulaf yarması qaraciyəri spirtli içkilərin mənfi təsirindən müəyyən dərəcədə (tam yox!) qoruya bilir.