Misir Qırmızı dənizdə daha bir hava limanı açacaq


Dünya 03 Apr 2019 22:15:00 233 0

Misir Qırmızı dənizdə daha bir hava limanı açacaq

Ölkəyə daha çox turistin cəlb edilməsi məqsədilə Misirdə tanınmış Marsa Aləm kurortunun yaxınlığında yeni hava limanı inşa olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qırmızı dənizdə tikilən yeni hava limanı 2019-cu ilin iyununda ilk sınaq uçuşlarını qəbul edəcək. Hava limanına şərti olaraq "Berenis" adı verilib. Bu layihəyə cəlb olunan sərmayələrin ümumi məbləği 30 milyon dollardır.

Hökumətin hesablamalarına görə, "Berenis" hava limanı həm 150 kilometr məsafədə yerləşən Xurqada, həm də Marsa Aləm hava limanlarının işini yüngülləşdirəcək. Bu, həmçinin turistləri Marsa Aləm kurortunun cənubunda nisbətən daha uzaq məsafələrdə yerləşən istirahət məkanlarına cəlb etməyə töhfə verəcək. Marsa Aləmin cənubundakı kurortlar həm dayvinq və ekoturizm (quşları və delfinləri müşahidə etmək), həm də yaxınlıqdakı adalara və tarixi məkanlara ekskursiya baxımından turistlərin ən çox üz tutduqları ərazilərdir.