Xərçəngə səbəb olan 7 qidalanma SƏHVİ
Digərləri 03 Apr 2019 21:49:00 252 0
Alimlər sonradan yaranan bütün xərçəng növlərinin qeyri-sağlam qidalanma və piylənmə ilə əlaqədar olduğunu bildiriblər.
Son.az ölkə.az-a istinadən bildirir ki, bununla bağlı xərçəngə səbəb olan 7 qidalanma səhvi haqqında məlumat verilib. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə xərçəngə yoluxma riski hər il daha da artır.
Köklük müalicəyə verilən cavabı zəiflədir
Kifayət edəcək qədər və stabil qidalanma xərçəng də daxil olmaqla bir çox xəstəlikdən qoruyur. Mövsümə uyğun olaraq meyvə-tərəvəz qəbul etmək, un, şəkər və karbonhidratlardan uzaq durmaq, heyvan mənşəli yağların qəbulunu azaltmaq, su içmək lazımdır. Xərçəng hüceyrələrinin artmasına səbəb olan bilən bəzi qidalanma xətaları var. Bunların başında həddən artıq qida qəbulu var. Belə vəziyyət piylənməyə səbəb olur və piylənmənin xərçəngin müxtəlif növləri ilə əlaqəsi var.
Ət, süd və pendirin tərkibindəki görünməyən yağlar
Məlum olub ki, həddən artıq yağ qəbulu xərçəngə səbəb olur. Doymuş yağlar sayılan marqarin, kərə yağı və quyruq yağı kimi qatı yağlarla yanaşı, ətin, südün və pendirin tərkibində olan görünməyən yağlar da həddən artıq qəbul ediləndə xərçəng riskini artırır. Ət, balıq, toyuq kimi qidaları qızardanda və bişirində çox yağ əlavə etməmək, bu qidaları əsasən öz yağında bişirmək lazımdır. Çünki əks halda trans yağlar meydana gəlir və bu da xərçəngə səbəb olur.
Həftədə üç gündən çox qırmızı ət qəbul etməyin
Ət qəbulunu artırmaq xərçəng riskini artırır. Bunun yerinə, paxlalı və dənli bitkilərdən ən azı həftədə iki dəfə istifadə etmək lazımdır. Bundan başqa qəbul edilən ətlə yanaşı mütləq tərəvəz qəbul etmək məsləhət görülür. Qırmızı ətin tərkibində doymuş yağdan əlavə nitrit və nitrat var. Bu maddələr də kanserogen sayılır və qırmızı əti həddən artıq qəbul etmək xərçəng riskini artırır. Bundan başqa orqanizmdəki xolesterol miqdarını da artırır. Sosis və kolbasa kimi ət məhsullarının tərkibində isə nitrit və nitrat miqdarı daha çoxdur. Bunu da nəzərə almaq lazımdır.
Bəzi içkiləri azaldın
Bəzi içkilərin tərkibində şəkər miqdarı yüksəkdir. Şəkərsiz olsa da, rəngləndirici və süni dadvericilər xərçəng riskini artıran maddələrdəndir. Bundan başqa spirtli içki qəbulunun çox olması da bir sıra xərçəng xəstəliyi riskini artırır. Image result for mehsullarin etiketleri