Macarıstan hökuməti tərk olunmuş kəndləri xilas etməyə başlayır


Dünya 03 Apr 2019 21:54:00 250 0

Macarıstan hökuməti tərk olunmuş kəndləri xilas etməyə başlayır

Macarıstan hökuməti tərk edilmə təhlükəsi qarşısında olan təxminən 500-dək kəndin yenidən qurulması istiqamətində proqram qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin Baş naziri Viktor Orban bu barədə ictimai radioya həftəlik müsahibəsində bildirib. Onun sözlərinə görə, plan yaşayışdan tutmuş təhsilə qədər genişsahəli məsələləri əhatə edir. Viktor Orban qərarlar barədə heç bir əlavə məlumatı açıqlamayıb. Buna səbəb detalların hələ işlənib hazırlanma mərhələsində olmasıdır. "Planın detalları bir-iki aydan sonra müzakirə edilməlidir", - deyə Baş nazir əlavə edib.