Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir? FOTO


Digərləri 03 Apr 2019 20:50:00 213 0

Filmlərdə istifadə olunan rənglər psixologiyamıza necə təsir edir?  FOTO

Rənglərin beynimizə və düşüncəmizə təsir etdiyini hamımız bilirik. Buna görə də müxtəlif firmalar öz məhsullarında müştəri üzərindəki təsiri artırmaq üçün müxtəlif rənglərdən istifadə edir. Bəs rənglərin bu xüsusiyyəti filmlərdə necə istifadə olunur?

Son.az axşam.az-a istinadən filmlərdə istifadə edilən müxtəlif rəng çalarlarının psixologiyamıza necə təsir etməsi barədə yazını təqdim edir:

Qırmızı

Qırmızı isti, alov, qan, şəhvət, eşq, səmimiyyət, güc, həyəcan və aqressivliyin simvoludur. Qan təzyiqini və həzmi sürətləndirir. İnsanları daha tez qərar verməyə və gözləntiləri yüksəltməyə təşviq edir.

Qırmızı diqqətçəkən rəngdir. Qırmızı rəngdə olan bütün işarələr və sözlər insanların diqqətini tez çəkir. Qırmızı həssaslığı artıran və coşdurandır. Qırmızı paltarlar insanı enerjili ab-havaya bürüyür. Özünü idarə etməkdə çətinlik çəkən insanlar qırmızı rəngdən qaçmalıdır.

Qorxulu filmlərdə ən çox istifadə edilən rəng də qırmızıdır. Çünki vəhşiliyi, qanı, ölümü təmsil edir. Qırmızının belə əks təsirləri olsa da, ümumi olaraq enerjili olduğuna görə, eşqin və sevginin də rəngidir. Eşq və nifrət hissini bir-birinə əks şəkildə özündə birləşdirir. Qırmızı sərhədsizdir, sərhədsizliyə qaçmaqdır.

Narıncı

Narıncı rəng həyəcan və xoşbəxtlik verən, dinamik, diqqətçəkən, radikal və insanın əhvalını yüksəldən rəngdir. Qırmızıdan sonra ən qaynar rəng olan narıncı göstərişin, dəbdəbənin rəngidir, ancaq qırmızı qədər insanları narahat etmir. Narıncı rəng maddələr mübadiləsini sürətləndirir. Canlılıq, cəsarət və güvən verir. Zehnin daha yaxşı işləməsini təmin edir.

Canlı və qaynar rəng olduğuna görə, coşqu və sevinc kimi hisslər yaşadır. Amma narıncı gözə tez dəyən rəngdir, onun fərqinə tez varırıq.

Narıncı rəng depressiv və daha gərgin vəziyyətlərdə insanları əsəbiləşdirir. Komediya filmlərində onu və çalarlarını çox görsək də, gərgin janrda olan filmlərdə də çox istifadə edilir. İnsana təsiri çalarlarına görə dəyişir.

Sarı

Gənclik, sevinc və həyəcan... Sarı bu qavramları ən yaxşı ifadə edən rəngdir. İnsanın ruhi vəziyyətinə yaxşı təsir göstərir və çox diqqət çəkir. Əsasən, nəşə və sevinc verən bir rəng olsa da, çalarlarına görə təsiri dəyişir. Məsələn, qızılı çalarları "qüsursuz olmağı" ifadə edir.

Hər rəng kimi, onun da xoş olmayan bir tərəfi var - eyni zamanda "xəyanət" duyğusu da sarı rənglə simvolizə edilir. Qorxaqlıq, güvənsizlik, psixi pozğunluq kimi hisslərin də rəngi olduğuna görə, sarı gərgin janrda filmlərdə qarşımıza tez-tez çıxır.

Sarı rəngi seçənlərin şəxsiyyət analizlərində həmin adamların azad olmağı sevdikləri ortaya çıxıb. Dəyişkənliyi sevirlər. Şorgöz və ilk dəqiqədən aşiq olan tiplərdəndirlər. Hər günü son gün imiş kimi yaşamağı çox sevirlər. Çevrələrinə enerji saçırlar.

Həyatlarında hər hansı tərsliklə qarşılaşanda başqa ritmlə hərəkət etməyə başlayırlar. Bu adamların başqalarını razı salma qabiliyyətləri də yüksək səviyyədədir. İntelektual olmaq, idarəçilik və iddia sarı rəngin əsas müddəalarına daxildir.

Yaşıl


Xəbərə aid fotolar