İrandan Qərb siyasətçilərinin hicab geyinməsinə etiraz: "İslama hörmət..." FOTO


Dünya 03 Apr 2019 20:53:00 191 0

İrandan Qərb siyasətçilərinin hicab geyinməsinə etiraz: "İslama hörmət..."  FOTO

Qərbdə qadın siyasətçilərin müsəlman ölkələrinə səfər edərkən "İslam mədəniyyətinə hörmət" fikri adı altında baş örtüyü geyinməsi İranda sərt qarşılanıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, iranlı qadın haqları müdafiəçisi, "Mənim gizli azadlığım" təşkilatının qurucusu Məsih Əlinecad Yeni Zelnadiyada məscidlərə silahlı hücumdan sonra birlik nümayiş etdirmək üçün xristian qadınların baş örtüyü geyinməsini, həmçinin İrana səfər edərkən mədəniyyətə hörmət anlamında saçlarını örtməsini qadınlara qarşı ən böyük haqsızlıq olduğunu deyib.

Onun sözlərinə görə, bu davranış qadına qarşı təzyiq vasitələrinin təbliği deməkdir. Əlinecad qərb qadınlarını həmcinslərinin haqlarını çeynəyib digər tərəfdən qlobal haqq və azadlıqlar uğrunda mübarizə aparmasını sərt dillə tənqid edib. Aktivist ali səviyyəli qadın siyasətçilərin bu axına qoşulmasının ikili standart olduğunu bildirib.


Xəbərə aid foto