Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilir


Kriminal 03 Apr 2019 20:30:00 250 0

Gənc ifaçıların «WORLD HARMONY» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilir

2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib.

Son.az xəbər verir ki. gənc ifaçıların "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi instrumental solo - fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal - (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri  nominasiyaları üzrə təşkil edilib. Yarışmaya beş yaş qrupu üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən  346 nəfər solo ifaçı (Almaniya - 1, Belorus - 5, Gürcüstan - 5, Qazaxıstan - 47, Özbəkistan - 4, Rusiya - 20, Ukrayna - 4, Macarıctan - 2, Litva - 2, Azərbaycan - 256 nəfər) və 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl  qatılıb. Təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçılarına 300 (üç yüz), I dərcəli diplom alan iştirakçılara isə 200 (iki yüz) manat məbləğində mükafat ayrılıb.     

Aprelin 3-də saat 10:00-da müsabiqənin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında baş tutacaq. Açılışdan sonra müsabiqə öz işinə başlayır, bütün nominasiyalar üzrə yaş qrupları arasında  I turun dinləyişləri keçiriləcək. Aprel ayının  3 - 5 tarixlərində birinci  tur,  aprel ayının 5-6 tarixlərində isə  ikinci  tur dinləyişlərinin keçirilməsi nəzərdə tutulub.

Aprelin 4-də saat 19:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında  Sankt-Peterburq  Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan  müəllim və şagirdlərinin iştirakı ilə konsert keçiriləcək.

 Aprelin 7-də saat 14:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında  "WORLD HARMONY" Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi qaliblərin qala-konserti ilə yekunlaşacaq. 5 nəfər Qran Pri və 22 nəfər I dərəcəli diploma layiq görülən laureatlara mükafatlar və hədiyyələr  təqdim ediləcək, mükafatlandırma mərasimindən sonra seçilmiş ən yaxşı ifaçıların iştirakı ilə konsert təqdim ediləcək.

Müsabiqənin münsiflər heyəti  Azərbaycan daxil olmaqla  Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan  kimi ölkələrdən   dəvət olunmuş 19 nəfər mütəxəssislərdən təşkil edilib:

Fortepiano  ixtisası üzrə:

Vitaliy Romanov -          Sankt-Peterburq

Ravşan Abdunazarov -  Daşkənd

Nərminə  Quliyeva       - Bakı

Tsitsino Biçikaşvili       - Tbilisi

Simli alətlər üzrə :

Veliçka İotçeva (violonçel)- Monako

Nəzmiyyə Abbaszadə (violonçel) - ( Bakı)

Andrea Şuster -(violin)  Budapeşt

Vokal ixtisası üzrə:

Devidas Staponkus - Vilnüs

Rolands Aidukas  - Vilnüs

Fidan Hacıyeva - Bakı

Aybəniz Haşımova - Bakı

Nəfəs və zərb alətləri üzrə:

Aleksandr Vengerov - (qoboy) İsrail

Nikolay Ageyev  - (klarnet) Moskva

Olqa Şlegel (valtorna) - Pavlodar

Yusif Axundzadə  (fleyta) - Bakı

Xalq çalğı alətləri üzrə:

Mariya Kuçinskaya (tsimbalı)  - Minsk

Serik Sızdıkov (kobız  prima) - Pavlodar

Adıgözəl Əliyev (kamança) ) - Bakı

Elxan Mansurov (tar) )     - Bakı

Müsabiqə çərcivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 03-06 aprel tarixlərində Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəblərində Sankt-Peterbuq musiqi liseyinin aparıcı müəllimləri tərəfindən keçiriləcək ustad dərslərinin cədvəli:

 

Məktəbin adı 

Tarix, saat

İxtisas, müəllim

1

M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi  

05.04.2019

saat 13:00 -15:00

Voronin Dmitri İqoreviç- gitara

2

M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi  

06.04.2019

saat 13:00 -15:00

Voronin Dmitri İqoreviç- gitara

3

L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi