"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir


Digərləri 03 Apr 2019 20:37:25 264 0

"Moody's" Azərbaycanda problemli kreditlər məsələsinin həllini müsbət qiymətləndirir

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektoru üzrə sabit proqnozu dəstəkləyir.

Son.az bildirir ki, bunu Trend-ə agentliyin vitse-prezidenti və Azərbaycanın bank sektoru üzrə analitiki Pyotr Paklin deyib.

O bildirib ki, ötən ilin avqustunadək üç il ərzində proqnoz mənfi olub:

"Qiymətin dəyişməsi əməliyyat mühitinin yaxşılaşması, kredit portfellərinin problemli ssudalardan təmizlənməsi ilə bağlı gözləntilər, eləcə də səhmdarların köməyi sayəsində kapitallaşmanın yaxşılaşması və bankların fəaliyyətinin mənfəətliliyinin bərpa olunması əlaqədardır".