Gənc ifaçıların Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilir


Digərləri 03 Apr 2019 19:44:26 182 0

Gənc ifaçıların Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilir

Gənc ifaçıların «World Harmony» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilir.

Bakı. 2-8 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС), Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların «World Harmony» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinə start verilib. Gənc ifaçıların «World Harmony» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi instrumental solo – fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri, vokal – (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib. Yarışmaya beş yaş qrupu üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən 346 nəfər solo ifaçı (Almaniya – 1, Belorus – 5, Gürcüstan – 5, Qazaxıstan – 47, Özbəkistan – 4, Rusiya – 20, Ukrayna – 4, Macarıctan – 2, Litva – 2, Azərbaycan – 256 nəfər) və 6 xor, 2 rəqs kollektivi, 19 qarışıq tərkibli ansambl qatılıb. Təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçılarına 300 (üç yüz), I dərcəli diplom alan iştirakçılara isə 200 (iki yüz) manat məbləğində mükafat ayrılıb. Aprelin 3-də saat 10:00-da müsabiqənin açılışı Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında baş tutacaq. Açılışdan sonra müsabiqə öz işinə başlayır, bütün nominasiyalar üzrə yaş qrupları arasında I turun dinləyişləri keçiriləcək. Aprel ayının 3 - 5 tarixlərində birinci tur, aprel ayının 5-6 tarixlərində isə ikinci tur dinləyişlərinin keçirilməsi nəzərdə tutulub. Aprelin 4-də saat 19:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin Ümumrusiya və Beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert keçiriləcək. Aprelin 7-də saat 14:00-da M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasında «World Harmony» Beynəlxalq klassik və folklor musiqi müsabiqəsi qaliblərin qala-konserti ilə yekunlaşacaq. 5 nəfər Qran Pri və 22 nəfər I dərəcəli diploma layiq görülən laureatlara mükafatlar və hədiyyələr təqdim ediləcək, mükafatlandırma mərasimindən sonra seçilmiş ən yaxşı ifaçıların iştirakı ilə konsert təqdim ediləcək. Müsabiqənin münsiflər heyəti Azərbaycan daxil olmaqla Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Monako, Rusiya, Özbəkistan kimi ölkələrdən dəvət olunmuş 19 nəfər mütəxəssislərdən təşkil edilib: Fortepiano ixtisası üzrə: Vitaliy Romanov - Sankt-Peterburq Ravşan Abdunazarov - Daşkənd Nərminə Quliyeva - Bakı Tsitsino Biçikaşvili - Tbilisi Simli alətlər üzrə : Veliçka İotçeva (violonçel)– Monako Nəzmiyyə Abbaszadə (violonçel) – ( Bakı) Andrea Şuster –(violin) Budapeşt Vokal ixtisası üzrə: Devidas Staponkus – Vilnüs Rolands Aidukas - Vilnüs Fidan Hacıyeva – Bakı Aybəniz Haşımova – Bakı Nəfəs və zərb alətləri üzrə: Aleksandr Vengerov - (qoboy) İsrail Nikolay Ageyev - (klarnet) Moskva Olqa Şlegel (valtorna) – Pavlodar Yusif Axundzadə (fleyta) – Bakı Xalq çalğı alətləri üzrə: Mariya Kuçinskaya (tsimbalı) - Minsk Serik Sızdıkov (kobız prima) – Pavlodar Adıgözəl Əliyev (kamança) ) – Bakı Elxan Mansurov (tar) ) – Bakı Müsabiqə çərcivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 03-06 aprel tarixlərində Bakı şəhər Uşaq Musiqi və İncəsənət məktəblərində Sankt-Peterbuq musiqi liseyinin aparıcı müəllimləri tərəfindən keçiriləcək ustad dərslərinin cədvəli: Məktəbin adı Tarix, saat İxtisas, müəllim 1 M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi 05.04.2019 saat 13:00 -15:00 Voronin Dmitri İqoreviç- gitara 2 M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi 06.04.2019 saat 13:00 -15:00 Voronin Dmitri İqoreviç- gitara 3 L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi