AMEAnın xatirə nişanları təsis edilir


Digərləri 03 Apr 2019 19:23:00 202 0

AMEAnın xatirə nişanları təsis edilir

AMEA-nın xatirə nişanları təsis edilir. AMEA-dan Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunub.

Son.az xəbər verir ki, iclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.

Ötən müddət ərzində əsasnamələrin tələblərinə uyğun olaraq hər il adlı mükafatlar üçün müsabiqə elan olunub, müvafiq elm sahələrini təmsil edən görkəmli alimlər mükafatlarla təltif ediliblər.