Can Yamanın “fotoaparat” qalmaqalı gündəmdən düşmür


Digərləri 03 Apr 2019 19:14:00 259 0

Can Yamanın “fotoaparat” qalmaqalı gündəmdən düşmür

Can Yamanın çəkilişləri canlı izləyən tamaşaçılardan birinə fotoaparat atması türk mediasının gündəmindən düşmür.

Son.az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı "Erkenci kuş" serialını ərsəyə gətirən "Gold film" şirkəti açıqlama yayıb.

"Son günlərdə mediada dəyərli aktyorumuz Can Yaman haqqında mediada gerçək olmayan xəbərlər yer alır. Sözügedən hadisədə çəkilişləri izləyənlərdən biri Can Yaman və Demet Özdemirə söz atıb, onlara fiziki müdaxilə etmək istəyib və nəticədə gərginlik yaranıb. Aktyorlarımız həmin şəxsin çəkiliş meydançasından uzaqlaşdırılmasını xahiş edib. Mediada yer alan xəbərlər təhrif olunaraq, təqdim edilib", - "Gold film" bildirib.