Bu küçələr təmir edildi FOTO


Digərləri 03 Apr 2019 19:17:00 211 0

Bu küçələr təmir edildi  FOTO

Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçəsidir. Almaz İldırım küçəsində 14600 kv.m, Bağ küçəsində isə 4400 kv.m sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində rayonun Buzovna qəsəbəsində isə 3 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşıb. Bu uzunluqları 1.6 km olan Natavan, 1 km olan Allahverdi Əfəndiyev və 1.6 km olan Ayna Sultanova küçələridir. Küçələrin enləri 5-6 metr arası dəyişir.