Beynəlxalq Uşaq Kitabı günündə “Qar kraliçası” təqdim olundu


Kriminal 03 Apr 2019 19:20:00 239 0

Beynəlxalq Uşaq Kitabı günündə “Qar kraliçası” təqdim olundu

2 aprel - Beynəlxalq Uşaq Kitabı Günü münasibəti ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi çərçivəsində məşhur nağılçı H.K.Andersenin "Qar kraliçası" əsəri əsasında hazırlanmış tamaşa uşaqlara təqdim olundu.

Son.az xəbər verir ki, rejissor Elşad Rəhimzadə tərəfindən hazırlanan tamaşa sədaqəti, dostluğu təbliğ edir. Tamaşadan əvvəl teatrın foyesində uşaqların rəsmlərindən və uşaq yazıçılarının kitablarından ibarət sərgi nümayiş olunub. Daha sonra Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının müdiri Şəhla Qəmbərova  balacaları salamlayıb, onlara kitab oxumağın faydasından danışıb:

"Mən çox sevinirəm ki, bu gün Gənc Tamaşaçılar Teatrı bizim təşəbbüsümüzə qoşuldu, belə bir fürsəti yaratdı sizlər üçün. Çünki əsəri oxumaq və onun səhnə həllini görmək daha böyük fayda verir. Uşaqlar üçün maraqlı əsərlər yazan Andersenin "Qar kraliçası" əsəri əsasında hazırlanan tamaşa əziz balalarımızın yaddaşında həmişəlik həkk olunacaq".