AMEA-nın xatirə nişanları təsis edilir


Digərləri 03 Apr 2019 19:10:00 149 0

AMEA-nın xatirə nişanları təsis edilir

Aprelin 3-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın xatirə nişanlarının təsis edilməsi haqqında məsələ müzakirə olunub.

Bakı. İlhamə İsabalayeva - AMEA-nın xatirə nişanları təsis edilir. AMEA-dan Trend-ə verilən məlumata görə, bununla bağlı məsələ bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunub. İclasda bildirilib ki, elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın adlı mükafatları təsis edilib və əsasnamələri təsdiq olunub.