Bakıda 2 otaqlı ev yandı


Digərləri 03 Apr 2019 19:08:21 185 0

Bakıda 2 otaqlı ev yandı

Xəzər rayonunda sahəsi 50 kv.m olan evdə yanğın baş verib.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, birmərtəbəli 2 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.