Şüvəlan və Buzovnada 5 küçə təmir edilib (FOTO)


Digərləri 03 Apr 2019 19:04:00 212 0

Şüvəlan və Buzovnada 5 küçə təmir edilib (FOTO)

Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib.

Bakı. Xəzər rayonu Şüvəlan və Buzovna qəsəbələrində 5 küçə təmir edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, rayonun Şüvəlan qəsəbəsində təmir işləri aparılan 1540 metr uzunluğu və 9.5 metr eni olan Almaz İldırım küçəsi, həmçinin uzunluğu 700 metr, eni isə 5.5 metr olan Bağ küçəsidir. Almaz İldırım küçəsində 14600 kv.m, Bağ küçəsində isə 4400 kv.m sahədə yol yatağı profilə salınıb, yol əsası tikilib və yeni asfalt-beton örtüyü döşənib.