Türkiyə XİN: "Dağlıq Qarabağ münaqişəsi region üçün təhdiddir"


Siyasət 03 Apr 2019 18:54:00 233 0

Türkiyə XİN: "Dağlıq Qarabağ münaqişəsi region üçün təhdiddir"

Dağlıq Qarabağ münaqişəsi region üçün təhdiddir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda deyib.

Nazir bildirib ki, ümumilikdə Cənubi Qafqazdakı vəziyyət region üçün təhdiddir.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə regiondakı münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.