Spirtli içki mərcində dostuna uduzub öldü


Digərləri 03 Apr 2019 18:57:46 201 0

Spirtli içki mərcində dostuna uduzub öldü

Qanada spirtli içki mərci faciə ilə nəticələnib. Mərcləşən iki dostdan biri böyük dozaya tab gətirməyib.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, 25 yaşlı Həmzə Obenq barda həyatını itirib. Daş ustası işləyən gənc öz dostu ulə daha çox içməklə bağlı mərcə girib. Onlar cin içkisini xatırladan yerli akpeteşidən kimin daha çox içə biləcəyini göstərməyə çalışıblar.

İkinci şüşədən sonra Obenq özünü pis hiss edib, yerə yıxılıb. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər Həmzənin həyatını xilas edə bilməyiblər. Onun dostu da içkidən huşunu itirib.