AŞ PA yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq


Siyasət 03 Apr 2019 18:22:00 210 0

AŞ PA yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət müzakirə olunacaq.

Son.az bu barədə Trend-ə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, AŞ PA yaz sessiyasına paralel olaraq aprelin 9-da keçiriləcək tədbirdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət və bunun Avropa Şurası qarşısında qəbul edilmiş öhdəliklər üçün nəticələri müzakirə olunacaq.

Müzakirələrdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 8-12-də Strasburqda keçiriləcək.