Yevlaxda qaz borusu oğurlamaq istəyən şəxslər saxlanıldılar


Digərləri 03 Apr 2019 17:50:00 191 0

Yevlaxda qaz borusu oğurlamaq istəyən şəxslər saxlanıldılar

Cari il mart ayının 31-nə keçən gecə Yevlax rayonunun Aran qəsəbəsi ərazisində 255 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanmasına cəhd göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri T.Bərxudarov və K.Şükürov saxlanılıblar.