"Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının təqdimat mərasimi keçiriləcək


Digərləri 03 Apr 2019 17:56:00 174 0

"Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının təqdimat mərasimi keçiriləcək

Vaqif Abdullayevin yeni çapdan çıxmış "Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının təqdimat mərasimi keçiriləcək.

Bakı. Aprelin 5-də saat 11.00-da Azərbaycanda Atatürk Mərkəzində Siyasi elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni çapdan çıxmış "Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi" kitabının təqdimat mərasimi keçiriləcək. Trend-in məlumatına görə, kitabda Azərbaycan milli elitasının formalaşma tarixi, bu prosesin son 40 ilində Heydər Əliyevin müstəsna xidmətləri sosioloji-politoloji rakursdan, "millət-lider-elita" aspektindən işıqlandırılıb. Altı fəsildən ibarət olan kitabda sovet dövründə Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə respublikamızın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərə, Azərbaycanda müasir siyasi elitanın formalaşması xüsusiyyətlərinə, Heydər Əliyevin siyasi baxışlarında başlıca kateqoriya - milli şüur, siyasi elitanın dünyagörüşündə milli-tarixi şüur amilinə, onun siyasi konsepsiyasında siyasi sosiallaşma prosesinə, Ulu öndərin siyasi varisi İlham Əliyevin prezidentliyi dövründə qazanılan möhtəşəm uğurlara, milli-siyasi elitamızda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə geniş yer verilib. Tədbirdə YAP üzvləri, Milli Məclisin deputatları, ictimai-siyasi, elm, mədəniyyət sahəsində tanınmış şəxslər iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin