İnsanları təxliyə edəcək təyyarə 11 nəfəri xəstəxanalıq etdi


Dünya 03 Apr 2019 17:41:00 190 0

İnsanları təxliyə edəcək təyyarə 11 nəfəri xəstəxanalıq etdi

İspaniyanın Ueska əyalətində hərbi təyyarə qəza törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hərbi təlimlərdə iştirak edən təyyarə idarəetməni itirərək aerodromun uçuş-eniş zolağından çıxıb.

Maraqlısı isə odur ki, həmin təyyarə təlim zamanı şərti təxliyə əməliyyatı keçirməli imiş. Lakin qəza nəticəsində, 11 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.