“Nar TV” ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində


Digərləri 03 Apr 2019 17:45:00 226 0

“Nar TV” ilə ən maraqlı filmlər və TV serialallar Azərbaycan dilində

Azərbaycan telekommunikasiya bazarında ilk onlayn TV tətbiqi olan "Nar TV"də yeniliklər edilib. Artıq "Nar TV" ilə TV kanalları və verilişlərlə yanaşı, film həvəskarları üçün sevdikləri filmlər, seriallar daha əlçatan olacaq. Belə ki, "Nar TV" tətbiqinə əlavə edilən geniş film bazası ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkün olacaq. "Nar TV" tətbiqində hər kəsin zövqünə uyğun filmlər mövcuddur və tətbiqdə filmlər kateqoriyalarına görə bölünüb. Qeyd edək ki, "Nar"-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər "Google Play" və "App store"-dan yenilənmiş tətbiqi yükləməlidir.

"Nar TV" tətbiqi vaxt və məkan sərhədi tanımır. Belə ki, "Nar TV" abunəçilərə istənilən məkanda və vaxtda mobil telefonlarda və ya tabletlərdə idman, əyləncə, uşaq, film, xəbər də daxil olmaqla, 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına və filmlərə baxmaq imkanı verir. Yeni qeydiyyatdan keçən istifadəçilər 1 ay ərzində "Nar TV" tətbiqindən ödənişsiz yararlana biləcəklər. "Nar TV"-nin digər üstünlüyü, vaxtınız olmadıqda ötürdüyünüz proqramlara 12 saat ərzində baxmaq mümkünlüyüdür. Aylıq abunə haqqı cəmi 3 AZN-dir. Abunəçilər "Nar TV"-yə "Nar"-ın 4G şəbəkəsindən istifadə etməklə, tam keyfiyyətdə baxa bilərlər.