Bakıya gələn turistlər üçün xüsusi kartlar hazırlanıb FOTO


Digərləri 03 Apr 2019 17:36:00 226 0

Bakıya gələn turistlər üçün xüsusi kartlar hazırlanıb  FOTO

Bakıya səyahət edənlər üçün rəsmi şəhər kartı olan "Bakı Kart" ("BakuCard") hazırlanıb.

Son.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, aprelin 5-də kartın təqdimatı keçiriləcək.

"BakuCard" yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən "Baku City Aero Express" avtobuslarından ödənişsiz istifadə imkanı verir.

Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən "Baku City Tour" avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.


Xəbərə aid fotolar