YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib (FOTO)


Digərləri 03 Apr 2019 17:21:00 167 0

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib (FOTO)

YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib.

Bakı. Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Gənclər Birliyinin 7-ci hesabat-seçki konfransı keçirilib. Trend-in məluymatına görə, konfransda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin üzvləri Aqiyə Naxçıvanlı, Eldar İbrahimov, Rauf Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və digər qonaqlar iştirak edib. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov konfransı giriş sözü ilə açaraq konfransın gündəliyi barədə məlumat verib. YAP Xəzər rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyyətinin üzvü Sadiq Əliyev ötən müddət ərzində görülmüş işlər barədə hesabatla çıxış edib.