"Ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm"


Şou-biznes 03 Apr 2019 17:14:00 233 0

"Ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm"

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

Son.az xəbər verir ki, o, media.az-a gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyə hazır olduğunu bildirib.

"Uzun müddətdir ki, keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib", - İlham Qafarov bildirib.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə ona yaşıl işıqdır".