Bakıda qəza: təcili yardım maşını yoldan çıxaraq dirəyə çırpıldı FOTO


Digərləri 03 Apr 2019 17:18:00 232 0

Bakıda qəza: təcili yardım maşını yoldan çıxaraq dirəyə çırpıldı  FOTO

Bakıda təcili tibbi yardım avtomobili qəza törədib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün Ziya Bünyadov prospektində baş verib. Şahidlərin sözlərinə görə, təcili yardım avtomobili işıqforun qırmızı işığında keçmək istəyərkən minik maşını ilə toqquşub, sonra dirəyə çırpılıb.

Səhiyyə Nazirlyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, qəzada xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.


Xəbərə aid foto