İrandan soğan ixracına qadağa yayın sonuna qədər davam edə bilər


Dünya 03 Apr 2019 16:14:00 229 0

İrandan soğan ixracına qadağa yayın sonuna qədər davam edə bilər

İranda yerli bazarda vəziyyət nizama salınana qədər kartof və soğan ixracına qoyulan qadağa qüvvədə qalacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani deyib.

İranın Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Sektoru Təhlükələrinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin baş direktoru Məhəmməd Musəvi isə bildirib ki, sel və daşqınlar nəticəsində 12 gün ərzində İranın 12 vilayətinin kənd təsərrüfatına 45 trilyon rialdan çox (təxminən 1,07 milyard dollar) ziyan dəyib. Bu ziyan nəticəsində kartof və soğanın ixracı dayandırılıb.