İranlı nazirin təyyarəsi təcili eniş etdi


Dünya 03 Apr 2019 16:18:00 210 0

İranlı nazirin təyyarəsi təcili eniş etdi

İranın rabitə və informasiya texnologiyaları nazirini aparan təyyarə Şiraz aeroportuna təcili eniş edib.

Son.az Trend-ə istinadən bildirir ki, nazir Məhəmməd Cavad Azəri Cəhrominin təyyarəsinin mühərrikində donma nəticəsində nasazlıq yaranıb.

Nazir prezident Həsən Ruhaninin göstərişi ilə Lorestan vilayətində seldən zərərçəkən bölgələrə gedirmiş.