AZALın rəsmisi: "BakıAlmatı reysi hər iki ölkənin iqtisadiyyatına böyük töhfə verəcək"
Digərləri 03 Apr 2019 15:46:00 223 0
Yeni açılmış Bakı-Almatı reysi hər iki ölkənin iqtisadiyyatına böyük töhfələr verəcək.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Almatıda "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Almatı marşrutu üzrə ilk reysin qarşılanma mərasimində jurnalistlərə açıqlama verən Azərbaycan Hava Yolları QSC-nin marketinq, kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov deyib.
Onun sözlərinə görə, birbaşa reysin həyata keçirilməsi Azərbaycan hökümətinin prioritet siyasətlərindən biridir:
"Almatı həm iqtisadi, həm də turizm cəhətdən çox vacib şəhərlərdən biri olduğuna görə bu marşrutun açılması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə bu reys hər iki ölkəyə böyük töhfələr verəcək".
Mənbə: milli.az