Bakıda avtomobilin vurduğu piyada evində öldü


Digərləri 03 Apr 2019 15:27:00 194 0

Bakıda avtomobilin vurduğu piyada evində öldü

Bakıda avtomobillə vurulan piyada evində ölüb.

Bakı. Samir Əli - Bakıda avtomobillə vurulan piyada evində ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeni yaşayış massivində yaşayan Həsənov Sait Xəlil oğlu idarə etdiyi "Hyundai Santa fe" markalı 90 KP 052 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi yolu küçəsində yolu keçən piyada, 1978-ci il təvəllüdlü İsmayılov Binnət Məmməd oğlunu vuraraq hadisə yerindən qaçıb. Yaralı kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.